haberL haberR

“Qəbələ”yə görə reytinqimiz artdı

Kateqoriya: İdman Yayımlama tarixi: 05.08.2016 11:57:06

Bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 1.125, “Qarabağ” 0.625, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib.

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin evdə “Lill”i məğlub etməsi (1:0) əmsalımızın artımına səbəb oldu. “Qafqazinfo” xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.250 xal qazanıb.

Hazırda Azərbaycan 16.000 xalla əvvəlkitək 24-cü pillədədi. İzləyicisi olduğumuz Şotlandiya təmsilçisi məğlub olduğundan britaniyalılar günü xalsız qapayıb. Əvəzində arxamızda Kiprin nəfəsini hiss edirik. Ada təmsilçiləri aktivinə 0.375 xal yığaraq əmsalını 15.875-ə çatdırıb.

Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 1.125, “Qarabağ” 0.625, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.