haberL haberR

Qəddafnin oğlu Musa Sədrlə bağlı etirafını təkzib etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.12.2015 13:43:00

Şəhid Musa Sədrlə bağlı deyilən sözləri zorla ona dedizdiriblər

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə görə, məhkəmə önünə çıxarılan Hanibal Qəddafi İmam Musa Sədrin oğurlanması ilə bağlı bildirdiyi faktları təkzib edərək, bu barədə heç bir məlumata sahib olmadığını deyib. Hanibal Qəddafinin dediyinə görə, onu oğurlayanlar bu etirafları kağızdan oxumağa onu məcbur ediblər.

Qeyd edək ki, Qəddafi saxlanıldığı zaman Musa Sədrin Liviyanı tərk etmədiyini və bunu ona bənzər birinin həyata keçirdiyini etiraf etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.