haberL haberR
Artıq bir neçə gündür ki, dünyanın gözü Azərbaycandadır.

 Xalqımızın müxtəlif nümayəndələrinin vətəninə olan sonsuz sevgisi bir daha dosta və düşmənə bəlli oldu. Qazandığımız qələbələr təəccüblü bir hal deyil və davamı da gözləniləndir. Bu savaşın nəticəsi çox öncədən və hamıya məlumdur.

Vətənpərvərlik ruhuna zatən sahib olan bir xalq necə məğlub ola bilər axı? Xüsusən də, ölkə ruhanilərinin uzun illər boyu çəkdiyi zəhmətləri və cavanları, şüarı “vətəni sevmək imandadır” olan dinə tərəf dəvət etdiklərini nəzərə alarasaq, başqa nəticə gözləmək yersiz olardı. Bu gün cəbhə bölgəsində və eləcə də digər bölgələrdə şahidi olduğumuz yüksək ruhiyyədə ölkə ruhanilərinin əvəzsiz rolu vardır. Buna görə xalqım adıma əziz ruhanilərimizə minnətdaram.

Xalqımız tarix boyu milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Xalqımızın kökü bu dəyərlər üzərində qurulduğundan, düşmən də bu dəyərlərin məhvi üçün köklü şəkildə işlər görməyə çalışırdı. Xaricdən ölkəyə diqqət etsək bu, daha da aşkar bəlli olur. Uzun illərdir ki, xalqımız mədəni bombardimana məruz qalıb. Vətənpərvərlik ruhiyyəsi başda olmaqla, bütün milli-mənəvi dəyərlərimizə qarşı ciddi mübarizə aparılır. Əlbəttə bu yalnız Azərbaycan xalqına qarşı yönələn bir hücum deyil, lakin

xalqımızın xəmiri islam və dəyərləri ilə yoğrulduğundan, ölkəmizə qarşı xüsusi planlar hazırlanırdı. Bu hücumlar barədə bir neçə dəfə yazmışıq və daha geniş yazılar da yazılacaqdır.

Bu gün isə düşmən bir daha məğlubiyyətinin şahidi oldu. Şahidi oldu ki, xalqımız milli-mənəvi dəyərlərini sinədən sinəyə ötürür. Şahidi oldu ki, bu dəyərlər bizim qanımızda və canımızdadır. Onların planları bu dəyərlərə kölgə sala bilər, lakin aradan apara bilməz. İlahi fitrət günəşi saçdığı zaman bu kölgələr məhvə məhkumdurlar. Allahın da dediyi kimi: “Hənif olaraq (batildən haqqa tapınaraq) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz.” (Rum surəsi, ayə 30).

Necə ki, bu neçə gündə bunun şahidi olduq. Xalqımızın və sahib olduğu dəyərlərin mənəvi düşmənləri həsəd aparırlar. “Niyə biz, milyonlarımızı xərclədiyimiz halda cavanlarımıza vətənpərvərlik ruhiyyəsini aşılaya bilmirik, onlar isə bir qəpik belə xərcləmədən, üstəlik bizim, əleyhinə milyonlar xərclədiyimizə baxmayaraq cavanları ölümə tələsir?” deyirlər. “Niyə bizim cavanlar müharibədən qaçır, onların cavanları isə müharibəyə qaçır?”-deyə bir-birilərinə sual verirlər. Onlar bu halları görüb qəzəblənirlər.

Onların təəccüblü baxışları, səssiz pıçıltıları və qəzəbli simalarını açıq-aşkar görmək mümkündür. Onları pıçıldayırlar biz isə hayqırırıq: “Qəzəbinizdən ölün!” (Ali-İmran surəsi, ayə 119).

Xalqımı həm maddi, həm də mənəvi qələbəyə görə təbrik edir və verdiyi qurbanlara görə başsağlığı verirəm. Qələbə xalqımındır və ümüd edirəm ki, bu qələbə və axan şəhid qanları bizi, dəyərlərimizə daha möhkəm yapışmağımız barədə düşündürəcəkdir. Biz, dəyərlərimizə sadiq qalarsaq qələbə daima bizmilə olacaqdır və dəyərlərimizə arxa çevirdiyimiz an, həqiqi mənada məğlub olduğumuz andır.

Beynəlxalq güclərin daima alternativ planları vardır, lakin onları planları olduğu kimi Allahın da planı var və “Allah plan cızanların ən yaxşıdır” (Ali-İmran surəsi, ayə 54)

Allah bizə və bütün müsəlman xalqlarına tezliklə həqiqi zəfəri dadızdırsın!

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.