haberL haberR

Qətər: BƏƏ və Səudiyyənin Türkiyədəki çevrilişə cəhddə əlləri olub

Kateqoriya: Siyasət Yayımlama tarixi: 28.07.2016 17:04:58

Qətər müdafiə naziri ər-Riyad və Əbu-Dabini Türkiyədəki çevrilişi dəstəkləməkdə ittiham edir

İslamazeri.az-ın "Almasdarnews"-ə istinadən verdiyi xəbərə görə, Qətərin müdafiə naziri Xalid əl-Attiyə bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin, Türkiyədə uğursuz nəticələmiş hərbi çevrilişə cəhdi dəstəkləməsi faktını dəstəkləyən gizli sənədi əldə etdiyini bildirib.

Əl-Attiyə öz Tvitter səhifəsində yazıb: "Verilmiş sənədə əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə nazirliyinin rəhbərliyi əvvəlcədən may ayında baş tutmuş "Anatolian Eagle" təlimləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı hazırlanan çevrilişdən xəbərdar edilmişdilər. Lakin onlar Türkiyə hakimiyyətini bu haqda xəbərdar etməyi lazım bilməyiblər." 

Bundan əlavə,  çevrilişin ilk öncə avqust ayına planlaşdırıldığı haqda məlumat alıblar, lakin naməlum səbəblərə görə onun hazırlığı sürətləndirilib və çevrilişə cəhd iyul ayının 15-i baş tutub.

Səudiyyə Ərəbistanı və Türkiyə bir sıra məsələlər üzrə qarşılıqlı anlayışa gələ bilmirlər, xüsusən də, kürd məsələsi və İraqın Mosul şəhəri ətrafındaki vəziyyətdə. Bundan əlavə, Ərdoğanın telefon zəngindən sonra "istiləşməyə" başlayan Rusiya ilə münasibətlər, ər-Riyad və Əbu-Dabinin ciddi narahatçılığına səbəb olub.

Qətər: BƏƏ və Səudiyyənin Türkiyədəki çevrilişə cəhddə əlləri olub

/haberimaj/habergaleri/6Y3J5T6V5G2K.JPG
  1. Qətər: BƏƏ və Səudiyyənin Türkiyədəki çevrilişə cəhddə əlləri olub

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.