Qətər Dövlətinin nəqliyyat naziri İqtisadiyyat və Sənaye Nazirliyində olub
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 16.03.2015 19:13:00

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən islamazeri.az-a verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qətər nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd edilib: Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ş. Mustafayev sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanlarına dair fikirlərini bölüşüb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən azərbaycanlı nazir ölkəmizin əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat infrastrukturuna və böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.
Qətərli nazir Azərbaycana səfərindən və səmimi qəbuldan məmnunluğunu ifadə edib, dövlət başçıları tərəfindən əsası qoyulmuş Azərbaycan - Qətər əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Qətərin iqtisadiyyatı, ölkəsində həyata keçirilən layihələr barədə danışan Cassim Saif Əhməd Al-Sulait Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib, ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu sahəsində birgə layihələrin həyata keçirilməsi, təhsil və təcrübə mübadiləsi üçün imkanların olduğunu bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.