haberL haberR

Qətər və Səudiyyədən "Hizbullah"a qarşı kampaniya

Kateqoriya: Siyasət Yayımlama tarixi: 25.03.2015 13:47:32

İki dövlət BMT İnsan Haqları Şurasında kampaniya aparır

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Qətər və Səudiyyə Ərəbistanı Suriyada "Hizbullah"ın varlığının Cenevrədəki Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Şurası tərəfindən pislənməsini nəzərdə tutan bir kampaniya aparır.

"Hizbullah"a yaxın "Əs-Səfir" qəzetinə görə, iki körfəz ölkəsi şuranın illik iclasının yekun bəyannaməsində Suriyadakı döyüşlərə "Hizbullah"ın qatılmasını pisləyən bir maddəyə də yer verilməsini istəyir.  Ancaq Livan Xarici İşlər Nazirliyi bu kampaniyanı dayandırmaq üçün diplomatik  müharibə başlayıb. Nazirlik "Hizbullah"a görə, "Suriyadakı xarici döyüşçülər" başlığı altında qiymətləndirmə aparılmaq üçün üzv dövlətlərlə əlaqəyə keçib.
Nazirlik mövcud vəziyyətdə, Livan orqanlarının prioritetinin ölkədə sabitliyi qorumaq və xaosa səbəb ola biləcək bir şeyin qarşısını almaq olduğunu vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.