haberL haberR

Qəzzadan Nasaya; Fələstinli xanım Milli Aeronavtika və Kosmos İdarəsində mühüm vəzifədə işləyir

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 25.05.2016 13:30:13

Soha Əlqeşavi – kosmik gəmilər tikən ilk hicablı müsəlman xanımdır

İslamazeri.az "mvslim" saytına istinadən xəbər verir. Məlumata görə, fələstinli xanım,  2011-ci ildən NASA-da işləyir. O, Texas ştatındaki Hyuston Universitetini bitirdikdən sonra NASA-ya - Milli Aeronavtika və Kosmos İdarəsinə dəvət edilib. Xanım Soha və onun həmkarlarıı  ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi  NASA üçün yeni kosmik gəmi layihəsinin üzərində işləyirlər. “Orion” gəmisi dərin kosmosda astronavtların təyin etmə məntəqələrinə daşımaqda xidmət edəcək. Layihənin 2030-cu ildə sona çatması planlaşdırılır.

Xatırladaq ki, xanım Soha Qəzzadandır, fələstinli şəxslə ailə həyatı qurub və  3 övladları var.

Xanım Soha NASA işmisi və qayğıkeş ana olmala yanaşı, həm də sosial işlərlə məşquldur. Qeyd edək ki, onun Facebook səhifəsini yüzlərlə xanım izləyir və o, orada “arzulara və qoyulmuş hədəflərə necə çatmaq olar suallarına” cavab verir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.