haberL haberR

Qırğızıstan DİN radikal vəhhabiləri "nəfəs almağa" qoymur

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 30.04.2016 10:17:25

Qırğızıstan DİN ekstremizdə şübhəli bilinən şəxslərin evlərində axtarışlarını davam etdirir

İslamazeri.az Rusiya mediasına istinadən xəbər verir ki, Qırğızıstan daxili işlər nazirliyi “ekstremist təzahürlərin profilaktikası və üzə çıxardılması” üçün yerli sakinlərin evlərində əməliyyat axtarış tədbilərinə start verib.

Evlərində axtarış aparılanlar vəhhabi təriqətinə məxsus olan şəxslərdir. Son zamanlar Qırğızıstanda radikallığa meylli və qadağan olunmuş təşkilatların ardıcıllarının sayında artım müşahidə olunur.

Ekspertlərin məlumatına əsasən, respublika ərazisində bütün qadağan olunmuş dini-ekstremist təşkilatıların hamısı “gətirilmə” xarakteri daşıyır. Öz ideologiyalarının ölkədə yayılması uğurunda, onlar çoxlu pullar xərcləyirlər. Bununla əlaqədar olaraq, Qırğızıstan  hüquq-müdafiə orqanları dini-ekstremist təşkilatıların fəaliyyətinin,  yeniyetmə və gənclərin onların cərgələrinə qoşulmasının qarşısının alınması üçün tədbirlərini gücləndiriblər.

DİN mətbuat-xidmətindən bildiriblər ki, DİN əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində 20 evdən 3 mindən çox kitab və broşur, 5,3 min disk, 4 noutbuk, 7 fləş-kart aşkarlanaraq müsadirə edilib. 

Mütəxəssislər 40-dan çox müsadirə edilmiş kitabın ekspertizasını apararaq, onların ekstremist xarakter daşıdığı haqda rəy bildiriblər. Qalan kitablar isə ekspertiza idarəsində incələnir. Mətbuat-xidmətinin məlumatına əsasən, “milli, dini və regionlar arasında düşmənçiliyin salınması” maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Qırğızıstandan İŞİD nəzarəti altında ərazilərə ümumilikdə 508 nəfər gedib. Onlardan  121-i qadındır ətraflı. Hətta İŞİD-in ən qoca  70 yaşlı terrorçusu da Qırığızıstan vətəndaşıdır ətraflı. Məhz ölkənin adı İŞİD-lə əlaqədə bu cür məlumatlarla çəkildiyinə və ölkə üçün ciddi təhdid yaratdığına görə, İŞİD və digər vəhhabi qruplaşmalarla mübarizə intensivləşib.

Onuda qeyd edək ki, bir çox ölkələrdə vəhhabiliklə mübarizə və ənənəvi İslam dininin ardıcıllarının təbliğatına imkan yaradılmasına başlanılıb; məhz ənənəvi islamın təbliğinə maneələr yaradıldığı ölkələrdə  vəhhabi terroruna meylli gənclərin sayı çoxdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.