haberL haberR

“Qlobal TV”-nin daha iki verilişi Türkiyənin “On4 TV” telekanalında yayımlanacaq

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 21.01.2016 13:51:51

“Qlobal TV”-nin "Hidayət Çırağı" verilişindən sonra daha iki verilişi Türkiyənin “On4 TV” telekanalında yayımlanacaq

Bu haqda İslamazeri.az-a QlobalTV-nin direktoru Emin Səmədov məlumat verib.

Məlumata görə,  gələn həftədən etibarən hər həftənin çərşənbə axşamı “Qlobal TV” tərəfindən hazırlanan, Mehdi Dərbəndinin təqdimatında “Söz içində söz” verilişi və həftənin çərşənbə günü Məleykə Aslanzadənin təqdimatında “Zərif Dəqiqələr” verilişi Bakı saatı ilə 19:00-da “On4 TV”-nin efirində yayımlanacaq.

"Biz İstanbul səfərimizdə "On4TV" rəhbərliyi ilə bu haqda razılığa gəlmişdik. İlk növbədə, İslam maarifçiliyindən bəhs edən “Hidayət Çırağı” verilişini yayımladıq. Geniş izləyici marağına səbəb olduğuna görə, digər verilişlərimiz də "On4TV" tərəfindən yayımlanmasına razılıq bildirildi." deyən  QlobalTV-nin direktoru Emin Səmədov  Türk telekanalında bu yayımlanan verilişlərə baxa bilməyən izləyicilərin internet vasitəsilə Qlobal.tv saytında verilişlərin təkrarına baxmaq imkanları olduğunu önə çəkib. Emin Səmədov  ötən ilin iyun ayında tv haqqında geniş müsahibə vermişdi. Ətraflı

Nəzərinizə çatdırmaq istərdik ki, “Qlobal TV”-nin “Hidayət Çırağı” verilişi artıq oktyabr ayından etibarən hər həftənin bazar günü saat 19:00-da “On4 TV”-də yayımlanır.

 

Türksat üzərindən yayımlanan On4TV telekanalının tənzimləmələri aşağıdakılardır:

Türksat 4A
Frekans: 12345
Sembol: 30000
Pol: Vertical - Dikey
Fec:3/4       Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.