haberL haberR

QMİ-də xanım Zəhranın (s.ə) şəhadət günü ilə bağlı anım mərasimi keçirilib

Kateqoriya: İslam Yayımlama tarixi: 10.03.2016 16:46:11

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı və onun nəslinin davamçısı Fatimeyi-Zəhranın (s.ə) şəhid edilən günü ilə bağlı anım mərasimi keçirilib.

SalamNews xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi seyyid Əli Əkbər Ocaqnejad, Kərbəladan Azərbaycana səfərə gələn Ayətullah Seyyid Mühəmməd Təqi Müdərrisi, o cümlədən din xadimləri, alimlər, ziyalılar iştirak ediblər.

Məclis Qurani-kərimin oxunması ilə başlayıb. Mərasimdə çıxış edən QMİ sədri bildirib ki, bu gün Bakıda öz işinə başlayan IV Qlobal Bakı Forumu ölkəmiz üçün mühüm sayılan tədbirlərdən biridir. Bu tədbirdə iştirak etmək üçün xarici ölkələrdən yüzlərlə qonaq gəlib. Bu gün keçirilən anım mərasimində də bu forumda iştirak edən nümayəndələr qatılıblar.

A.Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanda heç vaxt dini zəmində münqişələr baş verməyib: "Sünni və şiələr bir yerdə yaşayıb, bir yerdə də vəhdət şəklində ibadət ediblər. Biz həmişə digər ölkələrə nümunə olmuşuq."

Daha sonra çıxış edənlər vurğulayıblar ki, xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan onun yeganə övladıdır. Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat ediblər. Belə ki, Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə) övladları ilə davam edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.