haberL haberR

QMİ rəhbərliyi din xadimlərinə xəbərdarlıq etdi

Kateqoriya: İslam Yayımlama tarixi: 13.10.2015 11:48:08

Xəbərdarlığı Şeyxülislam Allahşükür Paşazadə şəxsən edib

"Din xadimlərinin moizə və xütbələrində vətənpərvərlik hisslərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir". İslamazeri.az report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də keçirilən tədbirdə bildirib. O deyib ki, məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq qaydada cəzalandırılacaqlar.

QMİ sədri, həmçinin bildirib ki, din xadimlərinin təkmilləşdirmə kursları Məhərrəm ayından sonra fəaliyyətini davam etdirəcək.

Şeyxülislam QMİ Qazılar Şurasının tərkibində Etika komissiyasının yaradılması barədə də məlumat verib. O bildirib ki, QMİ-nin din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi faktları aşkarlanarsa, bununla bağlı komissiyanın rəyi olacaq: "Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcək".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.