haberL haberR

Qondarma soyqırımın qəbul edilməsi əlaqələri pozmayacaq

Kateqoriya: Siyasət Yayımlama tarixi: 03.06.2016 11:59:39

Binali Yıldırım bu barədə açıqlama verib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin baş-naziri Binali Yıldırım bildirib ki, Almaniya bundestaqının “qondarma erməni soyqırımını” tanıması Türkiyə-Almaniya əlaqələrini tamamilə poza bilməyəcək.

Bundestaq deputatlarının böyük hissəsi “Qondarma soyqırımının” qəbul edilməsi qətnaməsinin lehinə səs verib, bir deputat əleyhinə səs verib, 1-i isə bitərəf qalıb. Bu qərarla bağlı Türkiyə Berlindəki səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb. Ərdoğan bildirib ki, bundestaqın qərarı Türkiyə-Almaniya əlaqələrinə ciddi şəkildə təsir edəcək.

Binali Yıldırın bildirib: “Səs vermədə alman parlamentinin 650 deputatından təxminən 250-si iştirak edib. Hər nə cür şəraitlər olsada, biz dostlar və partnyorlarımızla olan əlaqələrimizi davam etdirəcəyik. Almaniya və Türkiyə mühüm müttəfiqlərdir və heç kəs bu cür qərarların bizim əlaqələri pozacağını gözləməsin. Lakin bu o demək deyildir ki, bu cür qərarı reaksiyasız qoyacağıq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.