haberL haberR

Qonşu ölkədə İsraildən gətirilən xəstəliyə yoluxmuş kartof aşkarlandı

Kateqoriya: Region Yayımlama tarixi: 27.04.2016 12:22:32

İsraildən gələn kartofda insan sağlamlığı üçün ciddi təhlükə törədə biləcək xəstəlik aşkarlanıb

İsraildən Rusiyaya keçirilmək istəyən xəstəliyə yoluxmuş kartof aşkarlanıb.

İslamazeri.az Rusiya mediasına istinadən xəbər verir. Məlumata görə, Rusiya kənd təsərrüfatına nəzarət qurumunun əməkdaşları, İsraildən gələn və fitosanitar tələblərə uyğun gəlməyən iri kartof partiyasının ölkəyə daxil olmasının qarşısını alıblar.

İdarədən verilən məlumata əsasən, İsrail tərəfi Rusiyaya “Novorossiysk” dəniz limanı vasitəsilə ilə 27,3 tona kartof daxil etmək istəyib. Lakin İsrail bu istəyinə nail ola bilməyib.

Belə ki, inspektorlar İsrail məhsulunda, Rusiyada karantin salınmışlar siyahısında olan “kartof güvəsi” aşkarlayıblar.

Kartof güvəsi, bir çox kənd təsərrüfatı bitkilərinə iri ziyanlar vurur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.