haberL haberR

Qonşuların içki məclisi cinayətlə bitdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 06.09.2016 12:15:44

Dünən Salyanda cinayət hadisəsi baş verib. Belə ki, Seymur Seyranoğlu adlı rayon sakini qonşusunu baltalayıb.

Məlum olub ki, baltalanmış Elçin Babayev 4 illik məhkumluq həyatından sonra yenicə azadlığa çıxıb. O, bacısı ilə bir evdə yaşayırmış.

Narkomaniyadan əziyyət çəkən qonşusu Seymur ilə evlərində içki məclisi quran Elçin, sonda cinayətin qurbanı olub. Seymur onu baltalayaraq öldürüb. Seymurun nə səbəbə qonşusunu balatalaması dəqiq bilinmir.

Seymur Seyranoğlu bu gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.(bizimyol.info)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.