Quantanamonun zabiti: "Çox şey itirdim, əvəzində İslamı tapdım"
Kateqoriya: İslam
Yayımlama tarixi: 23.12.2014 19:15:54
3044 dəfə oxunub.

İslamazeri.az-ın "shafaqna"ya istinadən verdiyi xəbərə görə, Quantanamo həbsxanasının keçmiş mühafizə əməkdaşı Terry Brooks İslam dinini qəbul edib.
O, mediaya müsahibəsi zamanı prosesi belə izah edib:
"Adım Terry Brooks. Daha əvvəl orduda xidmət edirdim. Müsəlman olduğum zaman Quantanamoda mühafizə vəzifəsində idim. Orduya qatılmazdan öncə, xüsusilə axşamlar yoldaşlarımla bihudə həyat keçirər, içki içərdim. Bəzən də həddindən artıq içərdim. Sonra orduya qatıldım, Çünki, həyatımdan məmnun deyildim. Daha məhsuldar olmaq, ana-atamı, Brooks ailəsini qürurlandırmaq istəyirdim...Və birdən sıfırcı nöqtəyə endim. Orada gördüklərimdən dəhşət yağırdı.
Həqiqətən bu inanca (İslama) qarşı kobud bir şəkildə nifrət və qəzəbi oyada biliblər. Orada olan 775 adama görə çox təəssüf hissi keçirirdim... Zamanla onlardan 550 nəfərini evlərinə geri göndərdik. Günahkar deyildilər. Hər zaman üzləri gülürdü. Bəlkə də belə ola bilmək üçün inancında, zehnində başqa bir şeylər olması lazımdır. Məsələn mən hər zaman gülümsəyə bilmirəm. Bu heyrət verici bir şeydir. Səndə, məndə olmayan nə var ki onlarda? Namazları...
Hətta onların namazda nə dediklərinə belə nəzarət edilirdi. Bu insanlara qarşı bu şəkildə həssas olmağımıza ehtiyac yox idi. 590 məhbusun içindən bir nəfər onların lideri idi. O şöhrət qazanmış insan idi. Düşünməni təmin edəcək suallar verirdi. Suallarıyla sizi düşünməyə yönəldirdi və İslamı qəbul etməyimdə onun böyük payı var. Onunla birlikdə şəhadət gətirdim, məni təbrik etdi.
Məncə özünü İslama tamamilə bağlamaq və yaxşı bir müsəlman olmaq və eyni zamanda Amerika vətəndaşı olmaq mümkündür. Müsəlman olduqdan sonra hiss etdim ki, bir qapı bağlananda Allah daha yaxşı bir qapı açır. Çox şey itirdim və əvəzində İslamı tapdım." -deyə bildirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.