haberL haberR

Qubad İbadoğlu: ''Manatı bu duruma xəstə iqtisadiyyat salıb''

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 28.12.2015 12:46:35

İqtisadçı yeganə çıxış yolunun hazırkı böhrandan nəticə çıxarıb, milli iqtisadiyyatı islahatlar yolu ilə sağaltmaqda görür

Şənbə və bazar günləri ölkədə manatla bağlı yaranan ajiotajı öz Facebook səhifəsində şərh edən Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu hesab edir ki, hökumətin son illərdə ən böyük yalnışlığı milli iqtisadiyyatı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyən "sabun köpüyü"nün üzərində qurmağı oldu: "Çünki Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ÜDM-i, büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci oxşar iqtisadiyyatlı ölkəni bizim regionda tapmaq mümkün deyildir. Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır. Belə ki, 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gəlirlərin ÜDM-də xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda, Qazaxıstanda müvafiq göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub. Bu sektordan büdcəyə daxil olmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə, müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub. Təqdim etdiyim hər 3 ölkənin iqtisadiyyatının ən böyük problemi onun sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Göründüyü kimi, bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub".

İbadoğlu yeganə çıxış yolunun hazırkı böhrandan nəticə çıxarıb, milli iqtisadiyyatı islahatlar yolu ilə sağaltmaqda görür: "Bunun üçün, ilk növbədə, tələb olunan islahatlar aparmaq qabliyyətinə və proqramına malik olan şəffaf, hesabatlı və islahatçı komandanın formalaşdırılmasıdır. Çünki indiki durumda iqtisadiyyatı idarəetmək və böhrandan çıxarmaq əvvəlki kimi neft satıb əldə edilən gəlirləri şişirdilmiş layihələrə xərcləmək qədər asan deyildir".(MeydanTV)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.