haberL haberR

“Qüds günü” müstəzəflərə dəstək, zalımlara etiraz günüdür

Kateqoriya: Məqalə Yayımlama tarixi: 29.06.2016 17:37:45

Ötən il Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin (MMDİB) təşkilatçılığı və İslamazeri.az-ın İnformasiya dəstəyilə Beynəlxalq Qüds Günülə əlaqədar məqalə müsabiqəsinə qatılan yazıdır

"“Qüds günü” böyük İslam alimi İmam Ruhullah Xomeyni tərəfindən təyin edilib. Bu gün bütün müsəlmanlar vəhdət halında İsrail zülmlərini etiraz edərək, dünyaya vəhdət nümayiş etdirirlər.

Bəzən belə bir sual meydana gələ bilərki, axı niyə “Qüds günü” İsrailə etiraz etməliyik?

Əvvəla İslamda təqvim anlayışı xüsusi diqqət çəkən məsələlərdəndir. Yəni, Mübarək Ramazan ayının gəlişi, Qədr gecələri, Qurban bayramı, İslam Peyğəmbərinin vəfat günü  sünni və şiələrin birlikdə qeyd etdikləri günlərdir. Bu gündə müsəlman bu günün mövzusuna diqqət edir və bu istiqamətdə ibadət itaət, həmçinin ictimai işlərinə əncam verirlər.

Məsələn Quran bayramında qurbanlıq heyvanlar kəsilir, kasıblara qohumlara paylanılır. Mövludda ehsan verilir, İslam Peyğəmbərinin şəninə şeirlər, surudlar oxunur, vaizlər moizələr edir. Bu yolla məlumatsızlıq aradan aparılır. Qədr gecəsinin də ibadi yönü çox olsada, ictimai yönü də az deyil. Quranın nazil olması bütün müsəlmanlar tərəfindən qeyd olunur, vəhdət halında Quranın əzəməti dünyaya car çəkilir.

“Qüds günü”nün də İslam təqviminə düşməsinin önəmli tərəfləri vardır. Düzdür yuxarıdakı bir çox təqvimlərin İslamla əsaslandırmaq olsada, “Qüds günü” anlayışını bir başa İslam Peyğəmbərinə və ya İmamların göstərişilə əlaqələndirmək olmaz. Lakin İslam Peyğəmbərinin məzluma yardım haqda kifayət qədər hədisləri, göstərişləri vardır. İslamın əsasları olan “Yaxşılığa dəvət”, “Pislikdən çəkindirmək” vacibliyini nəzərə alaraq, həmçinin hədislərə görə,  bir müsəlman dünyanın bir yerində “İmdad” istədiyi halda, ona yardım etməməyin müsəlmançılıqdan kənar olması na gətirib çıxarmasını da əlavə etsək, Qüds günü – məzluma dəstək, zülmə etiraz, “Yaxşılığa dəvət”, “Pislikdən çəkindirmək” məsələlərilə müsəlmanlara vacib qədər önəmli bir təqvimdir.

Çünki, müsəlmanların ilk qibləsi olan Qüdsün işğalı, müsəlman fələstinlilərin əsir götürülməsi, şəhid edilməsi və davamlı zülmə məruz qalmalarına etiraz etmək şəri baxımdan vacibdir.

Qüds günü Fələstin xalqına dəstək verməklə,  müstəzəflərə – zəiflərə dəstək vermiş oluruq.

Allahın Peyğəmbəri (s) bu haqda buyurur: «Məni zəiflər arasında axtarın. Çünki siz zəif insanların vasitəsilə ruzi yeyir və kömək olunursunuz.»

İslamda bir heyvanın haqqının qorunması bizlərə tövsiyyə edildiyi, bəzi yerlərdə vacib olduğu halda, biz niyə fəlsətinlilərin müdafiəsinə qalxmırıq?

Axı İslam Peyğəmbəri və ya İmamlar zəiflərə kömək etməyibmi? Vəya onlar indiki dövrdə yaşasaydılar, onlar fələstinlilərin, yəmənlilərin başlarına bomba yağmasına göz yumardılarmı?

Şəhid Mürtəza Mütəhərri moizələrinin birində buyururdu:  “Bu gün İmam Hüseyn (ə) sağ olsaydı şüarı Fələstin olardı...”

Odurki, bizlər Qarabağ dərdimiz olduğuna görə, daha çox Qüds-Fələstin dərdini anlamalıyıq. Bu gün bizlər, işğalçını dünyaya işğalçı kimi göstərməli, terrorçunu mücahidddən ayırmaqla ictimaiyyəti bilgiləndirməyə borcluyuq. Əli qələm tutan hər kəs, Fələstin,  Qarabağ, Yəməndəki zülmlərə etiraz etməli, daha çox yazılar, araşdırmalar yazmaqla ən azından bu yolla öz vəzifəmizə əməl etməliyik. “Qüds günü” dünyanın keşməkeşindən qəflətdə olanları bu yollarla ayıltmağa çalışmalı, inanclı kəsim kimi, ədalət axtaran hər kəsi müstəzəflərin yanında olmasının bir vicdan məsələsi olduğunu anlatmalıyıq.

Son olaraq Allah Təaladan istəyirəm ki, Tanrımız bütün zalımları məhv etsin, məzlumlara yardım etsin. Allah Təala Həzrəti Məhdinin zühurunu təcil etməklə zülmün yer üzündən kökünü kəssin!

Mərdan Əliyev İslamazeri.az üçün"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.