haberL haberR
Bu məqalə Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin (MMDİB) təşkilatçılığı və İslamazeri.az-ın İnformasiya dəstəyilə Beynəlxalq Qüds Günülə əlaqədar məqalə müsabiqəsinə qatılan yazıdır

"Qüds günümüz, Qarabağımız 

Bir zaman uca Yaradan “Mən Yer üzündə öz xəlifəmi yaradacam” deyən zaman mələklər “Sən Yer üzündə insan yaradırsan ki, qan töksün, fitnə-fəsad törətsin?”-deyə,  sanki uca Yaradana təəccüblə sual doğurucu etirazlarını bildirmişdilər. Allah isə öz növbəsində “Mən bildiyimi siz bilməzsiniz” demişdi.

Bir zamanlar dünyanın ilk qardaşlarından birinin o birini qətlə yetirməsi artıq dünyada zülmün, qətliamın bünövrəsini qoymuş oldu. Adətən, qətliam sözü çoxsaylı insanların qətlə yetirilməsi anlamına gəlsə də, Quran bunu təkzib edir. Quranın təbirincə desək, günahsız yerə bir şəxsi öldürmək bütün bəşəriyyəti öldürmək deməkdir.

Dünyada hegemonluğu qazanmaq üçün müxtəlif yollara əl atan Qərb dövlətlərinin qarşılarına qoyduğu əsas məqsədlərdən biri də müsəlmanların kökünü kəsməkdir. Çox da uzaq olmayan yaxın keçmişə nəzər salsaq, müsəlman dövlətlərində, daha doğrusu müsəlmanların sıx yaşadığı ərazilərdə daim ağalıq etmək niyyətlərində olan yəhudi-sionistlərin milyonlarla günahsız insanların qətlə yetirmələrinin şahidi olmuşuq. Əslində, onların müsəlmanlara olan nifrət dolu qərəzli münasibətləri və düşmən mövqeyində durmalarının bir çox səbəbləri var. Bunlardan ən birincisi kimi müsəlmanların yaşadığı ərəb ölkələrinin əlverişli iqtisadi və zənginliklərlə dolu coğrafi bir məkanda yerləşməsini göstərə bilərik. Eyni zamanda insanın batinində baş qaldıran təkəbbür və mənəmçilik hissi bu cür zülmlərin tüğyan etməsinə səbəb olur.

Bu gün de-fakto olaraq, Qüds şəhərinə hakimlik etmək iddiasında olan yəhudilərin de-juri olaraq, Məkkəni ələ keçirmələri də göz qabağındadır. Demək olar ki, yəhudi gücləri tərəfindən idarə olunan Səudiyyə Ərəbistanının da Yəməni Qüdsə çevirmək niyyətində olduğu artıq sezilmək üzrədir. Mövzuya o qədər də yaxın olmasa da, Qüdslə eyni taleyi yaşaya biləcək ehtimalına görə Yəməni misal gətirməyə bilməzdim. Beləliklə, regionda adətən yəhudi zülmlərinə məruz qalan müsəlmanlar bu dəfə nədənsə elə “müsəlman”ların hücumuna məruz qaldı. Belə çıxır ki, ən qorxulu yəhudilər elə öz içimizdə, Səudiyyə Ərəbistanının güc sahibləridir.

Tarixən peyğəmbərlər diyarı kimi tanınan Fələstin ərazisi müqəddəs şəxsiyyətlərin yaşadığı yer olmaqla müqəddəs məkan kimi qəlblərə hopub. Eyni zamanda, müsəlmanların ilk qibləgahının məhz bu yerdə mövcud olması bu yerin ilahi rəngə boyanmasından xəbər verir. Bəs, ilahi rəngə boyanan məkanın tarix boyunca yadelli düşmən hücumlarına məruz qalmasını necə dəyərləndimək olar? Örnək üçün deyək ki, şeytan adətən qəlbində iman dolu Allah sevgisi olan şəxsləri hədəfə alır. Şeytan üçün ən zəngin qənimət qəlbində Allah məhəbbəti daşıyan şəxsləri ələ keçirib onlar üzərində hakimlik etməkdir.

Digər tərəfdən Fələstin torpaqları və digər torpaqlar üçün yəhudilərin bu qədər haray-həşir salmaları müsəlmanların yaşadığı torpaqların dəyərli olmasından xəbər verir. Dəyərli bir şey üçün bu qədər hücumlara dəyər, fikrimcə.

 

1948-ci ildə atəşkəs tipli “sülh”ün elan olunması güya Fələstin-İsrail münaqişəsinin bitməsini göstərsə də, əslində, bu BMT-in növbəti işğalçı siyasətinin göstərcisi idi. BMT bununla növbəti dəfə Fələstini öz tarixi torpaqlarından ayırdı. Təbii ki, öz himayədarı İsrailin xeyrinə. Bununla da qərbin açılmış iç üzü bir daha ətrafa səpələndi.

XX əsrin əvvəllərindən bu günə qədər, hətta atəşkəs elan olunsa da, hər gün  günahsız insanların, körpələrin, azyaşlıların, ağbirçəklərin, ağsaqqalların qətlə yetirilməsi İsraillə əlbir olan Qərbin İslama olan münasibətinin bariz nümunəsidir. Biz bu münasibətin nə olduğunu çox gözəl anlayırıq. Çünki bizim  Qüdslə yanaşı qəlblərimizdə daşıdığımız daha bir  dərdimiz var. Qüds bizim dini maraqlarımızın hücuma məruz qaldığını göstərdiyi halda, Qarabağ da milli maraqlarımızın düşmən tapdağı altında əzildiyini bəyan edir. Istər milli, istərsə də dini maraqlar insanın vicdanına xidmət edir. Axı, yeniyetmələrin, məsum körpələrin, hələ “inqə” deməyə belə təzəcə başlamış qundaq uşaqlarının atəş səslərini dinləməyə məruz qalmaları onların gələcəyinin necə olacağından xəbər verir. O uşaq böyüyərsə belə daim qorxu içində yaşayar, daim qulaqları cingildəyər. Daxilində az da olsa vicdan hissi olan bir kəsin körpə uşağa qarşı düşmən mövqeyində dayanması dünyada ən böyük qətliamdır, deyərdim.  Biz bu qətliamın nə olduğunu çox yaxşı bilirik. Sionistlərin fələstinli uşaqları qətlə yetirməsi kimi, ermənilərin də qarabağlı uşaqları qətlə yetirmələri vardır. Bizim hər iki dərdimiz eynidir. Qüdslə Qarabağın oxşar cəhətlərindən biri də elə budur. Bundan əlavə, hər iki ərazininin eyni taleyi yaşamasında oxşarlıqlar hər iki yerli sakinlərin müsəlman olmasıdır. Onların haqqlarının tapdalanmasıdır.

Qüds günü  Kərbəla faciəsindən sonra zülmə etiraz əlaməti olaraq dünyaya səslənən ikinci hadisədir. Aşura gününün mahiyyətini Qüds günündə görmək mümkündür. Hər iki hadisə zülmə öz etirazını bildirir. Bu da dünyada zülmün kökünün hələ də kəsilmədiyindən, zülmün hələ də tüğyan etdiyindən xəbər verir. Eyni zamanda mövcud hadisələr bütün bəşəriyyətə zülmə necə etiraz etmək qaydasını öyrədir. Bəzən bu etiraz canların, qanların hesabına da olsa başa gəlir. Bu da əslində, zülmlə mübarizənin vacibliyini bir daha vurğulamış olur. Ki, zülmlə mübarizəyə qalxmaq islamın buyurduğu şərtlərdəndir. Örnək üçün, Hz.Fatimeyi Zəhranın (s) Fədək bağına görə dövrün gücləriylə mübarizəyə qalxması bunun bariz nümunəsi kimi sayıla bilər.

 

Səid Qərib İslamazeri.az üçün"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.