haberL haberR

Qüds müftisi: 'Məscidül-Əqsaya edilən hücum bütün müsəlmanlara qarşı edilən hücumdur'

Kateqoriya: Münasibət Yayımlama tarixi: 17.01.2015 14:39:25

Qüds müftisi İsrail rejimini tənqid edib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Qüds müftisi Şeyx Məhəmməd Hüseyn Məscidül-Əqsada növbə gözləyən və elm öyrənən kişi və qadınların məsciddən uzaqlaşdırılmasını qınayıb.

Dünən Məscidül-Əqsada xütbə verən Şeyx Məhəmməd Hüseyn İsrail  işğal rejiminin tətbiq etdiyi uzaqlaşdırma və sürgün siyasətinin Qüds xalqının məscidə gələrək namaz qılmalarına və Məscidül-Əqsanı qorumalarına mane ola bilməyəcəyini qeyd edib.

Müfti bildirib ki, İsrail işğal rejimi Məscidül-Əqsanı zaman və məkan olaraq ikiyə bölə bilməz. Məscidül-Əqsaya edilən hücum bütün dünya müsəlmanlarına qarşı edilən hücumdur.

Şeyx Məhəmməd Hüseyn xütbəsinin sonunda bildirib ki, sionist rejimi müsəlmanların birliyini heç vaxt qıra bilməyəcək və Fələstin xalqı Məscidül-Əqsanın müdafiəsindən əsla vaz keçməyəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.