haberL haberR
Sualı Qüdsün özündən soruş, çünkü buna ən geniş cavab verə biləcək onun özüdür.

Sualı Qüdsün özündən soruş, çünkü buna ən geniş cavab verə biləcək onun özüdür. Hər bir hərfi sanki öz kimliyini anlata biləcək gücə sahibdir.

Qan deməkdir. Nahaq axıdılan, haqq uğrunda verilən qan deməkdir. On illər boyu durmayan, sevə-sevə verilən, zorla alınan qan deməkdir.
Qəriblik deməkdir. Öz yurdunda qərib olmaq, “Əqsa”-ya həsrətlə baxmaq deməkdir. “Fələstinliyəm” deməyə qorxmaq, aclıqla munis olmaq deməkdir.

Qüssə deməkdir. Qəhər, kədər, qəm deməkdir. Hər an sevdiyinlə vidalaşmaq, onu itirmə qorxusunu yaşamaq, gecə yatıb da, səhər yaşamamaq deməkdir.

Qəzəb deməkdir. Qeyrətdən sıxılmış diş, bərəlmiş göz deməkdir. “Qaralmış” qan, göyərmiş üz deməkdir.

 

Üsyan deməkdir. Zalıma baş əyməmək, ölməyib öldürmək deməkdir. Zillətdən uzaq, qılınca mərhəba deməkdir.

Ürək deməkdir, bəlkədə ürəksizlik deməkdir. Silah önünüə çıxmaq, silahsızdan silahla qaçmaq deməkdir.

Ümüd deməkdir. Gözləri sevinclə qırpmaq, kədəri düşmənə çırpmaq deməkdir. Qeyrətlə, şücaətlə, mətanətlə əsir olmaq deməkdir.

Ümmət deməkdir. İxtilafı görməmək, dostu düşmən bilməmək deməkdir. Ahını duduğum, halını gördüyümə yardım deməkdir.

 

Dalğalanan bayraq deməkdir. Bunun üçün canını vermək,  hər şeyindən keçmək deməkdir.

Dərd deməkdir. Dərdləri hiss etmək, çarə tapmağa cəhd etmək deməkdir. Dərdsiz olsanda dərdlini düşünüb dərdlənmək deməkdir.

Düşmən deməkdir. Onu tanıyıb, tanıdmaq deməkdir. Düşmən ətrafında birləşib, dirçəlib, zirvəyə ulaşmaq deməkdir.

 

Səbr deməkdir. Səbrə səbr dərsi vermək, onu keçmək, heyran qoyub, ötmək deməkdir.

Savaş deməkdir. Dünyaya hayqırmaq, zəncirləri qırmaq deməkdir. Ustalıq, azad balıq tək“biz varıq” deməkdir.

Zülmə “Son” deməkdir...

İsa Bayramzadə İslamazeri.az üçün

Qeyd edək ki, bu yazı MMDİB-nin təşkilatçılığı, İslamazeri.az-ın informasiya dəstəyilə təşkil edilmiş "Qüds günü məqalə müsabiqəsi"ndə iştirak edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.