Qüdsdə olunan zülmlərə etiraz olunmadığına görə Qarabağ da işğal edildi

Allah insanı yaratdığı zaman özünə “əhsən” dedi. Yaradanın yaratdığı şeyə görə özünə “əhsən” deməsi yarananın əzəmətindən xəbər verir. Lakin Allahın özünə əhsən deməsinə səbəb olan insan bəzən öz məqamının aliliyini unudaraq özünə zülm edir, xəsarət yetirir. Bəzən bu xəsarət yalnız ruhuna bəzən isə cisminə tuş gəlir. Ağıllı insan özünü həm ruhuna həm də cisminə zərər yetirəcək şeylərdən qoruyandır. Cismi xəsarətin acısı qısa zamanda hiss edilsədə, ruha dəymiş zərəri anlamaq və çarə tapmaq çətindir. Ruha tuş gəlmiş xəsarəti anlamaq üçün onun həqiqətinə çatmaq və ya buna nail olmuş şəxsdən yardım istəmək lazımdır.
İslam insanları can və ruh baxımından birləşdirir və onları cismən və ruhən bir hesab edir. Bu gün Fələstin torpaqlarında, Qəzzada qətlə yetirilən, zülmə məruz qalan əziz müsəlman bacı və qardaşlarımıza canımız yanmır, onları düşünmür, dərdlərinə şərik olmur, dadlı yeməklər rahatca boğazımızdan keçir, bu mübarək ayda onların halını anlamırıqsa biz onları nə cismən nə də ruhən özümüzdən bilmirik və İslamın həqiqi mahiyyətini anlamamışıq. İslam demək istəyir ki, mən bir bədənəm, sizdə mənim üzvlərim. Hansı birinizə xəsarət daxil olarsa digəri əziyyət çəkməli və o xəsarətin həlli üçün əlindən gələni etməlidir. Olunan zülmə, zalıma etiraz edilməli, məzluma dəstək verilməlidir.
Bu gün əgər bir nəfər insani fitrətə zidd olan zülmə etiraz etmirsə demək “Onlar heyvan kimidirlər, hətta daha çox azğındırlar” (Əraf 179).
Zülmə etiraz etmək həm insan həm də müsəlman olmağın göstəricilərindəndir. Quran möminlər barəsində belə buyurur: “Onunla (Muhəmmədlə) birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər” (Fəth 29). Özünü Peyğəmbərlə (s) birlikdə bilənlər, ən azı insanam deyənlər məzlum Fələstin xalqına olunan zülmə etirazını bildirməlidir.
Əziz Azərbaycan xalqı bu hadisələrə xüsusi önəm və diqqət ayırmalıdır. Qüdsdə olunan zülmlərə etiraz olunmadığına görə Qarabağ da işğal edildi. Qüdsün işğal olunmasına susulduğuna görə Şuşa işğal olundu. Qüdsün işğal edilməsinə səssiz qalındığına görə bu gün dünya birliyi bizim torpaqların alınmasına susur.
Sonda bütün vicdanlı şəxsləri və müsəlmanları başda Azərbaycan xalqı olmaqla bu zülmlərə etiraz etməyə çağırıram. Səsinizi ucaldın. Çünkü, “Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir.” (Nisa 148)."
Hacı Abgül Süleymanov/arxiv
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.