Qurana əsasən cəmiyyətlərin məhv olma səbəbləri hansılardır?

1.İlahi ayələrin təkzibi: “And olsun ki, Biz onlara verdiyimiz imkanı sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.” (Əhqaf 26)
2.Zülm və ədalətsizlik: “Sizdən əvvəl neçə-neçə nəsilləri peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.” (Yunis 13)
3.Başçıların və varlıların fəsad törətməsi: “Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik.” (İsrail 16)
4.Günah etmək: “Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq.” (Ənam 6)
5.Təkəbbürlük və hegamonçuluq: “Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər. Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.” (Fussilət 15-16)
6.İsraf etmək: “Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik.” (Ənbiya 9)
7.Qürur və məstlik: “Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan yurdlarıdır. Onlara Biz varis olduq.” (Qəsas 58)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.