haberL haberR

Qurandan surə oxu, pulsuz benzin əldə et - Ramazan aksiyası

Kateqoriya: İslam Yayımlama tarixi: 22.06.2016 17:02:04

İndoneziyanın yanacaq satışı üzrə “Pertamina” adlı şirkəti Müqəddəs Ramazan ayında qeyri-adi aksiya təşkil edib

İslamazeri.az-ın “islam.ru” saytına istinadən verdiyi xəbərə görə, orucluq ayında Qurandan surələr oxuyan hər kəs pulsuz benzin əldə edəcək. Müsəlmanları Quran oxumağa təşviq etmək üçün hər surəyə görə 2 litr yanacaq ehsan edilir.

“Biz hamımız bilirik ki, yaxşı işlər mükafatlandırılır. Əgər burada hər gün Quran oxusaz, o zaman ayın sonunadək Onu tam oxuyub bitirə bilərsiniz. Həm də bununla belə həmişə tam benzin çəninə sahib ola bilərsiniz.” – deyə 30 dəqiqə Quran oxuduğuna görə artıq iki dəfə benzin almış Cakarta sakini bildirib.

Təşkilatçılara gəldikdə isə, onlar özlərinin Ramazan ayının sonunadək davam edəcək aksiyaları ilə İslamı cəmiyyətdə yaymaq və insanlarda yaxşı işlər görməyə təşviq etmək istəyirlər.

Bundan əlavə moped sahiblərinin rahatlıqları üçün (İndoneziyada ən çox yayılmış nəqliyyat növü) yanacaq-doldurma məntəqələrində ibadət üçün xüsusi yerlər ayırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.