haberL haberR

Qusarda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.06.2016 13:51:55

Cinayətdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Qusar rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.