haberL haberR

Rəfsəncani: Xəzər dənizi ortaq sülh dənizinə dönməlidir

Kateqoriya: Region Yayımlama tarixi: 18.11.2014 16:04:36 1393 dəfə oxunub.

İranın Ekspertlər Şurasının sədri Ayətullah Rəfsəncani ilə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Tehranda görüşüblər

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İranın Ekspertlər Şurasının sədri Ayətullah Rəfsəncani Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşündə bildirib ki, İran və Rusiya arasında, özəlliklə enerji və neft olmaqla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi Xəzər dənizi çevrəsindəki ölkələrin əlaqələrinin güclənməsinə səbəb olacaqdır.

Rəfsəncani terrorçuların bölgəni təhdid etdiyini bildirərək,  bunun üçün Rusiya ilə İslam Respublikasının işbirliyinin ehtiyac olduğunu bildirib.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin də, iki ölkə arasında olan əlaqələrin inkişafının lazım olduğunu və bölgədəki sabitliyin qorunması üçün İranla Rusiya arasında işbirliyinin vacib hala gəldiyini qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.