haberL haberR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olunub

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 02.02.2016 11:01:40

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev Nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

 Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilir. 

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.