haberL haberR

Radikal yəhudilər "Talmud" ayinindən sonra fələstinlilərin evlərinə hücum etdilər

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 13.05.2016 13:34:05

Talmudey ritualını yerinə yetirdikdən sonra, fələstinlilərin evlərini talan etməyə başlayıblar

İslamazeri.az Palinfo-ya istinadən xəbər verir. Çərşənbə günü, axşam saatlarında İordan çayının qərb sahilindəki əl-Xəlil şəhərində radikal yəhudilərdən ibarət dəstə  “Köhnə şəhərdə” yerləşən və fələstinlilərə məxsus evlərə daşa tutublar. Hadisədən öncə, izdiham, İbrahimiyyə məscidinin yaxınlığında Talmudey ritualını (Talmud kitabında adı keçən dini ayin) keçiriblər. İzdihamın hücumundan sonra, ərazidə fələstinlilərlə israillilər arasında qızğın toqquşmalar baş verib. Toqquşmalar zamanı gənc fələstinlilər yaralanıb.

Qeyd edək ki, Talmud yəhudilərin dini ədəbiyyatı sayılır, bəzi yəhudilər isə Talmudun saxtalaşdırıldığını bildirir.

Onu da qeyd edək ki, Talmudda qeyri-yəhudilər insan sayılmırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.