haberL haberR

Ramazan ayında Tehranda terror aktı törətmək istəyənlər həbs olundu

Kateqoriya: Region Yayımlama tarixi: 20.06.2016 12:00:09

İran paytaxtının mərkəzində terror aktı törətmək istəyənlər ifşa edilib

İslamazeri.az-ın “Tabnak”-a istinadən verdiyi xəbərə əsasən, bökgədə təkfirçi qrupların fəaliyyətinə toxunan İranın milli təhlükəsizlik şurasının sədri Əli Şamxani deyib: “Mübarək Ramazan ayında Tehranın bir neçə bölgəsində terror hadisəsir törətmək istəyənlər aşkarlanıb. Ölkəmizin müxtəlif bölgələrində buna bənzər hadisələr aşkarlanır. Buna səbəb Allahın yardımından sonra, xalqın və təcrübəli təşkilatların fəaliyyət göstərməsidir.”

“İranın istənilən yerlərində, istənilən şübhəli hərəkətlər insanlar və təcrübəli strukturların sayəsində tez bir şəkildə ifşa olunacaqlar.”,  – Şamxani əlavə edib.

Şamxani qeyd edib ki, həbs etmələr son bir neçə gün ərzində baş verib. Cinayətkarlar ölkə paytaxtında müqəddəs Ramazan ayında partlayışlar törətmək istəyirdilər.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.