haberL haberR

Ramazan bayramına görə dəmiryolu qrafiki dəyişir

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 04.07.2016 10:34:56

"Ramazan bayramı günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər".

"Sərnişin daşımaları Departamenti bayram günlərində gucləndirilmiş iş rejimində işləyəcək". Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəldən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.