haberL haberR

Ramazanda müsəlmanları imsaka və namaza oyadan xristian

Kateqoriya: Həyat Yayımlama tarixi: 22.06.2016 13:54:38

Mişel Əyyub hər gün səhər saat 2-də əlində qavalla evində çölə çıxır ki, müsəlmanlarl imsaka oyatsın

İslamazeri.az-ın “islamnews” saytına istinadən verdiyi xəbərə əsasən, İsrailin işğal etdiyi Fələstin  ərazisindəki Akko şəhərində ərəb Mişel Əyyub hər gün səhər saat 2-də əlində qavalla evində çölə çıxır ki, müsəlmanlarl imsaka oyatsın.

Mişel özünün xristian olmasına baxmayaraq, Ramazan ayında müsəlmanları imsak və sübh namazına oyadan şəxsin vəzifələrini öz üzərinə götürüb.

39 yaşlı Akko sakini bunda heç bir qəbahət görmür və  hesab edir ki, xristianlar müsəlmanlara din cəhətdən çox yaxındırlar.

“Allah birdir, xristianlar ilə müsəlmanların arasında fərqlər yoxdur.”,  – deyə Mişel bildirib.

Yerli müsəlmanları o qavalını vuraraq “Ey siz, yatanlar, yalnız bir əbədi Tanrı vardır!” qışqıraraq oyadır.

Mişel öz vəzifəsini yerinə yetirərək küçələrdən keçərkən, evlərin işıqların yanmağa başlayır, hətta bəziləri pəncərədən çölə baxarlar.

Onlar Mişellə salamlaşır və ona onların oyatdığı üçün öz təşəkkürlərini bildirirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.