haberL haberR

Ramil Usubov 165 nəfəri mülki işə qəbul edib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 24.05.2016 16:12:51

Sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 450 nəfər iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon polis orqanlarında xidmətə qəbulla bağlı vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 450 nəfər iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb. Onların arasından daha hazırlıqlı olan 45 nəfər polisin və Daxili Qoşunların sıralarında xidmətə, 165 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.