haberL haberR

Ramin İgidov bütün Gürcüstanın şeyxi deyil - Mirtəqi Əsədov

Kateqoriya: Region Yayımlama tarixi: 01.12.2014 16:16:27

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Ramin İgidovun açıqlaması Gürcüstanda digər Dini İdarənin etirazına səbəb olub

Bu haqda İslamazeri.az-a Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Seyyid Mirtəqi Mirhuseyn oğlu Əsədov məktub göndərib.

Məktubda Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Ramin İgidov facebook səhifəsində özünü Gürcüstanın şeyxi, həmçinin Gürcüstan Müsəlmanları idarəsinin (GMİ) şurasını Ali dini şura kimi təqdim etməsi pislənib.
Seyyid Mirtəqi bu barədə bildirdi ki " GMİ eyniylə bizim UGMADİ ilə eyni hüquqludur. Məhz buna görə hər hansı bu idarələrin şeyxi, sədri, müftisi vəya icraçı direktoru özünü bütün Gürcüstanın Şeyxi, müsəlmanların sədri, müftisi və.s kimi təqdim etməsi haqsızlıq və yalnışdır. Mən bu barədə, Dini məsələlər üzrə dövlət agentliyində olan görüşümüzdə Ramin İgidova etiraz edərək bildirmişdim ki, Sən öz idarənin şeyxi olaraq idarə adından danışa bilərsən.Sənin bütün Gürcüstan müsəlmanlarının şeyxi adından danışmaq haqqın və səlahiyyətin yoxdur.
İkinci məsələ isə GMİ tərkibində yaranan dini şuranı Bütün Gürcüstan müsəlmanlarının ali dini şurası kimi təqdim etmək şəriən düz olmadığı kimi eyni zamanda müsəlmanların haqqını tapdalamaqdır. Yuxarıda qeyd etdiyim hadisələr tarixdən bizə Bəni-Səqifə hadisəsini xatırladır.
Bir şeyi də unutmayaq ki, dövlət məmurları tərəfindən yaranan bir dini idarənin nə şeyxi, bütün şiələrin şeyxi ola bilməz nə də şurası bütün şiələrin ali dini şurası ola bilməz. Ağamız imam Əlidən və övladı imam Huseyndən aldığımız dərs bizdən tələb edir ki daima haqsızlığa qarşı etirazımızı bildirək.Ümidvaram ki dövlət məmurları tərəfindən yaradılan idarəyə dövlət məmurları tərəfindən təyin edilən idarənin şeyxi Hacı Ramin qardaşımız gələcəkdə bu kimi səhvlərə bir daha yol verməz. "

İslamazeri.az:  Qeyd edək ki, qonşu ölkənin müsəlmanları arasında baş verən istənilən narazıçılıqlarda bitərəfik. GMİ-nin bir xəbəri bizim saytda bu gün yayımlanmış və qarşı tərəfin cavab haqqı olduğu üçün bu xəbəri cavab haqqı kimi yayımlayırıq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.