haberL haberR

ReAL üzvlərinə 7 sutka inzibati həbs verilib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 16.08.2016 11:35:26

Onlar bu səhər məhkəməyə aparılıblar.

Səbail Rayon Məhkəməsində Respublikaçı Alternativ (ReAl) hərəkatının üzvləri Toğrul İsmayıl və Elşən Qasımova 7 sutka həbs cəzası verilib.

Onlar bu səhər məhkəməyə aparılıblar, vəkil Elçin Sadıqov bu haqda BBC Azərbaycancaya məlumat verib.

"Dünən onlar 9-cu bölmədə saxlanıblar, ancaq orda saxlanılmasını bizdən gizlədiblər", vəkil gənclərin saxlanılma səbəblərini məhkəmədə bəlli olcağını bildirir.

Bazar ertəsi ReAl Hərəkatın idarə heyətinin üzvləri Azər Qasımov və Rəsul Cəfərov bildiriblər ki, Toğrul İsmayıl və Elşən Qasımov bir müddət telefon zənglərinə cavab verməyiblər.

"Elşənin anası bizimlə əlaqə saxlayıb bildirdi ki, onu nişanlısının yanında saxlayıb aparıblar".

Rəsul Cəfərov Səbail Polis İdarəsindən ReAL-çıların 9-cu polis bölməsində olduğu barədə məlumat aldığını bildirib.

İki gün öncə ReAL-ın İcra Katibi Natiq Cəfərli Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda və ya seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdıqda maddələri ilə ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

ReAL hərəkatının icra katibi Natiq Cəfərlinin həbsindən apellyasiya şikayəti verilib, onun vəkili Cavad Cavadov BBC Azərbaycancaya deyib.

ReAL üzvlərinə 7 sutka inzibati həbs verilib

/haberimaj/habergaleri/9I6T8D9F8Q5U.PNG
  1. ReAL üzvlərinə 7 sutka inzibati həbs verilib

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.