haberL haberR

Rəfsəncani Əhmədinejadın yenidən prezident seçilməsinə inanmır, amma istisna etmir

Kateqoriya: Region Yayımlama tarixi: 20.06.2016 10:36:06

Ayıtullah Haşimi Rəfsəncani İranın növbəti gələcək prezidenti ilə bağlı fikirlərini bildirib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, İranın məsləhət şurasının sədri Ayətullah Rəfsəncani, ölkənin hazırki prezidenti Həsən Ruhaninin yenidən prezident seçilə bilmə məsələsinə münasibət bildirərək deyib: “Əgər siyasi, iqtisadi, mədəni və ictimai sahələrdə lazımı addımlar atılarsa, cənab Ruhaninin növbəti seçkilərdə ciddi rəqibi olmayacaqdır.”

Sözlərində ölkənin eks prezidenti Mahmud Əhmədnejadın hakimiyyətə yenidən geri dönməsinə də toxunan Ayətullah bildirib: “Əhmədnejadın hakimiyyətə geri dönəcəyinə inanmıram. Çünki xalq onun 8 illlik hakimiyət müddətində etdiklərindən xəbərdardır. Lakin bu fakt qeyri mümkündə deyil.  Ölkəmizdə və siyasət aləmində dəfələrlə hesablamalara zidd olan hadisələrin şahidi olmuşuq.”

Qeyd edək ki, Rəfsəncaninin bu açıqlamalarından fərqli olaraq Əhmədinejadın yenidən prezident seçiləcəyinə inananların sayı az deyil. Çünki, hazırki prezidentin iqtisadi vədlərinə baxmayraq ölkədə qiymətlər dəfələrlə bahalaşmış, nüvə sazişi bağlanmasına baxmayaraq hələdə İranın həbs olunmuş pullarının böyük hissəsi geri dönməyib. Bu haqda İslam İnqilabının lideri də, dəfələrlə çıxışlarında bildirmişlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.