haberL haberR

"Rəhbərdən sonra olan adam sözlərində kimisə sancmamalıdır"

Kateqoriya: Region Yayımlama tarixi: 14.11.2015 9:25:55

"Hayıfdır ki, insan düşmən müqabilində öz etikasına riayət etsin, lakin dostlarla başqa cür davransın" - bu sözləri Tehranın cümə namazının xətibi deyib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Kazim Siddiqi olub.
O sözlərinin əvvəlində ölkə daxili məsələlərə toxunaraq deyib: “Quran açarlara sahib olan bir kitabdır. Bu kitabın içində hər şey vardır. Müxtəlif məsələlərlə bağlı mövqe bildirib. Ümüd edirik ki, ölkədə olan üniversitetlər Quran rənginə boyansın. Bizim universitetlərimiz islami olmalıdır. Müxtəlif gəzintilər təşkil etməyi mədəni iş hesab edirsiz? Bu şeytani və ABŞ mədəniyyətinə uyğun olan bir işdir. Bu cavanlar Allahın əmanətidirlər. Universitetlərimiz gecə namazı qılan tələbələr yetişdirməlidir. Bizə imperialist qüvvələrə nifrət edən universitetlər lazımdır.”


Suriya məsələlərinə də toxunan imam cümə deyib: “Rəhbərimiz müqavimət meydanınln düzgün adresini verdi və biz bu gün Suriya məsələləsinin həlli üçün çalışanların geri addım atmasının şahidi oluruq. Bizim vurğuladığımız məsələlərdən biri məhz bu ölkənin ərazi bütövlüyüdür. İkinci məsələ isə terroristlərlə mübarizə aparmaqdır. Biz Suriya xalqının öz taleyini həll etməsinin tərəfdarıyıq. Terror alovunun söndüyündən sonra ölkənin icra orqanlarını təyin edən məhz xalq olmalıdır. Bəşər Əsəddə digərləri kimi öz namizədliyini irəli sürəcək və bu xalqdır ki, öz prezidentini seçəcək.”


Sözərinin davamında BMT-nin  Səud rejiminə haqq qazandırmasına da toxunan Ayətullah Siddiqi bildirib: “Ban Ki Mun Səud rejiminin Yəməndə insani addımlar addığını bildirib. Ar olsun bu təşkilata. Ar olsun bu cahil insana. 8 ayıdr ki, səudiyyəlilər uşaq və qadınları öldürür, evləri dağıdır, məktəblərin təhlükəsizliyini aradan aparır. Onlar məscidləri viran qoyub, terrorislərə dəstək göstərirlər. Belə bir zamanda, BMT-nin baş katibi bu zəlil və zəif rejimi dəstəkləyir. Adam öldürmək zəifliyin göstəricisidir, iqtidarın yox.  Zəifdir ki, zülmə əl atır. İqtidara sahib olan zülmə əl atmaz. Dünya tarixinin bu qara səhifəsinə və ləkələrinə ağlamalıdır.”


İmam cümə sözlərinin davamında düşmənin məkirli planlarına toxunaraq deyib: “Nüfuz etmək bu gün düşmənin silahlarındandır. Bəzən silahlı mübarizə aparırlar, bəzən isə bir cəmiyyətin prezident və rəsmilərinə nüfuz edirlər. Bu çox təhlükəlidir və biz bu məsələdə həssas olmalıyıq.”


O sözlərinin sonunda İran prezidentinə müraciət edərək deyib: “Rəhbərdən sonra olan adam sözlərində kimisə sancmamalıdır. Onun son çıxışında biz bunu müşahidə etdik. Hayıfdır ki, insan düşmən müqabilində öz etikasına riayət  etsin, lakin dostlarla başqa cür davransın. Bu növ ədəbiyyat prezidentə yaraşmır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.