“Rəhiməxanım Ziyarətgahı” icması fəaliyyətini dayandırıb
Nardaran qəsəbəsi “Həzrəti Rəhiməxanım Ziyarətgahı” icması təsisçilərinin 12 avqust tarixli iclasının qərarına əsasən Ədliyyə Nazirliyi Kollegiyasının icmanın fəaliyyətinə icazə verən 13 oktyabr 1993-cü il qərarı ləğv edilib.

Bu barədə “Respublika” qəzeti Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bununla da Nardaran qəsəbəsindəki “Həzrəti Rəhiməxanım Ziyarətgahı dini icması ləğv edilib.
Bununla yanaşı dini icma özünü buraxması ilə bağlı hər hansı məlumat yaymayıb və Ədliyyə Nazirliyinin qərarına münasibət bildirməyib.
Nardaran piri VIII əsrə aiddir. Bu pirdə imam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşir. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarından biridir. O, öz ailəsi ilə birgə bu kəndə pənah gətirərək burada yaşayıb və elə burada da dəfn olunub.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.