haberL haberR

Rəmadidə döyüşlər gedir; şəhərin azad edilməsinə az qalıb

Kateqoriya: İslam Yayımlama tarixi: 08.10.2015 14:25:22

İraqın Rəmadi şəhərinin tezliklə azad olunacağı gözlənilir.

İslamazeri.az-ın “Alghader”-ə istinadən verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələri bu barədə məlumat yayıblar. Könüllü dəstələr və İraq ordusu terrorçuları şəhərin şimal hissəsindən uzaqlaşdırmağa nail olublar.

 

Əməliyyatlar zamanı, şəhərin şimalında olan 3 bölgə terrorçulardan azad edilib. Təhlükəsizlik qüvvələri şəhərə şimal və qərb tərəfdən hücum etdiklərini və tezliklə Ramadinin terrorçulardan təmizlənəcəyini bildiriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.