haberL haberR

Rəqəmsal çap avadanlığı sahəsində yeniliklər təqdim olunacaq

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 14.10.2015 12:20:03

Tədbirdə Konica Minolta Press C1060 modeli əyani olaraq sınaqdan keçiriləcək

Oktyabrın 15-də Qafqaz Point otelində rəqəmsal çap avadanlığı sahəsində Avropa lideri olan Yapon şirkəti "KONİCA MİNOLTA"-nın məhsuldar sistemlərinin təqdimat mərasimi keçiriləcək.

İslamazeri.az trend-ə istinadən xəbər verir ki, təqdimatda KONİCA MİNOLTA şirkətinin baş ofisinin nümayəndələri yeni seriya məhsuldar sistemləri barədə məlumat verəcək, maşınların üstünlüklərindən bəhs edəcəklər. Tədbirdə Konica Minolta Press C1060 modeli əyani olaraq sınaqdan keçiriləcək, avadanlıqların imkanları tədbir iştirakçılarına nümayiş etdiriləcəkdir. Bu görüşdə Azərbaycanın əksər ofset və rəqəmsal mətbəələrinin, nəşriyyat evlərinin rəhbərləri iştirak edəcəklər.

Tədbirin sonunda KONİCA MİNOLTA bizhub 3300P avadanlığı və Konica Minolta proqram təminatları applikasiyaları lotoreyada oynanacaqdır.

Konica Minolta son 3 il ərzində Azərbaycanda uğurla irəliləməkdədir. Yüksək çap keyfiyyəti, kompakt olması, həmçinin sərfəli saxlanma xərcləri Konica Minolta avadanlıqlarını peşəkar çapçılar arasnda 1 nömrəli seçimə çevirmişdir. Avadanlıq müxtəlif tədbirlərdə ölkə başçısı cənab İ. Əliyevə, həmçinin digər dövlət rəsmilərinə nümayiş etdirilmişdir.

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə çap avadanlıqlarının da inkişaf etməsi zəruridir. Çap texnologiyaları daha asan istifadə oluna bilən, sosial media imkanlarını özündə birləşdirən, fərqli İT infrastrukturlara inteqrasiya oluna bilən olmalıdır. Konica Minolta bütün bu xüsusiyyətləri özündə birləşdirir və hər il çoxlu sayda innovasiyalara imza atır. Məhz bu səbəbdən də Konica Minolta son 2 il ərzində Avropanın rəqəmsal çap lideridir və bazarda ən böyük paya malikdir.

Konica Minolta həmçinin ekologiyanın dostudur. Tonerin tərkibində silikon yağlardan istifadə olunmur, sobası ən aşağı temperaturda çalışır. Bu da ətrafa ən minimal sayda zərərli qazların ixrac olunmasına səbəb olur. Bütün bu səylərinə görə Konica Minolta hər il təbiətin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatların mükafatlarına layiq görülür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.