haberL haberR

Rəsmi Bağdad Səudiyyənin İŞİD-ə dəstəyini gündəmə gətirir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 12.06.2016 13:44:18

Rəsmi Bağdad Səudiyyə Ərəbistanından İŞİD-ə maddi dəstəyə görə açıqlama tələb edib

İslamazeri.az “Əl Aləm”-ə istinadən xəbər verir ki, İraq XİN sözçüsü Əhməd Camal Səudiyyə Ərəbistanında terror qruplaşmalarına maddi dəstək məqsədi ilə pullarının yığılmasına toxunaraq deyib: “Bu mövzu BMT qətnamələrinin açıq-aşkar pozulması və qonşuluq haqqının tapdanılması deməkdir.”

Qeyd edək ki, bir müddət öncə İraq tərəfi Fəllucədə İŞİD-dən azad edilən ərazilərdən Səudiyyə və digər ölkələrin İŞİD-ə dəstəyini sübut edən maddi dəlillərin ələ keçirdiyini açıqlamışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.