Rəsmi Bağdad Səudiyyəyə cavab verdi: Qasım Süleymani İraqda hərbi məsləhətçidir

İslamazeri.az-ın "SəhərTV"nin portalna istinadla verdiyi məlumata görə, İbrahim Cəfəri İordaniyaya səfəri zamanı Əmmanda təşkil etdiyi mətbuat konfransında Ərəbistanın İraqdakı səfirinin general Qasım Süleymaninin İraqda olması barədə səsləndirdiyi fikirlərlə bağlı jurnalistlərin sualını cavablandırıb.
"Səfirlər barəsində deməliyəm ki, onların hamısı Bağdadda bizim qonağımızdırlar və onlar diplomatik qaydalar barədə məlumata malik olmalıdırlar. Onlar ölkənin daxili məsələlərinə müdaxilə etmək haqqına malik deyillər. Amma, Qasım Süleymani barədə deməliyəm ki, O, İraq dövlətinin hərbi məsləhətçisidir.", -deyə İraq XİN başçısı bildirib.
İraqın xarici işlər naziri xarici məsləhətçilərin İraqdakı iştirakını adi məsələ adlandıraraq deyib: "Amerika, İngiltərə, Kanada və bir sıra digər ölkələr də rəsmi Bağdadın istəyi əsasında İraqa hərbi məsləhətçilər göndəriblər. Bu hərbi məsləhətçilər İraq dövlətinin icazəsi və İraq vizası ilə bu ölkəyə gəliblər və hərbi məsləhətçi olaraq fəaliyyət göstərirlər."
Cəfəri daha sonra "Biz xarici ölkələrdən yaraqlı dəstələrin və ya hərbi bölmələrin İraqa gəlməsinə icazə vermərik. Amma, həyatını gözə alaraq, hərbi məsləhətçi kimi bizə yardım etmək üçün İraqa gələn hər bir şəxsi müsbət qarşılayırıq.", -deyə əlavə edib.
Səudiyyənin İraqdakı səfiri könüllü xalq qüvvələri(Həşdi-Şabi) əleyhinə səsləndirdiyi fikirlər ötən günlər İraqda rəsmi dairələr, siyasi partiyalar və xalqın qəzəbinə səbəb olub. İraqın Xarici İşlər Nazirliyi də bu məsələyə reaksiya verib. İraqın baş naziri isə Fars Körfəzi ətrafında yerləşən ərəb ölkələri mediaları əleyhinə beynəlxalq məhkəməyə şikayət edəcəyini bildirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.