haberL haberR

Rəsmi Berlin İranla əlaqələrin normallaşmasını bir daha İsrail rejimi ilə əlaqələndirdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.08.2016 9:50:59

"İran İsrail dövlətini rəsmi olaraq tanımayana qədər..."

İslamazeri.az-ın “Jpost”-a istinadən verdiyi xəbərə əsasən, Almaniya dövlətindən ölkə parlamentinin “İsraillə dostluq” komitəsinin ünvanladığı məktubda bildirilir: “İran İsrail dövlətini rəsmi olaraq tanımayana qədər, normal əlaqələrimiz mövcud olmayacaqdır. Əlbəttə bizim müxtəlif mövzularla bağlı İranla müzakirə aparmağımız xeyrimizə ola bilər. Lakin İranda insan haqlarının vəziyyətindən hələ də nigaranıq. Həsən Ruhaninin hakimiyyətinə olan ümidlərimiz bugünədək reallaşmayıb.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.