haberL haberR

​Respublika əhəmiyyətli magistral yol bağlanıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 23.05.2016 15:47:27

Azəravtoyol ASC-nin rəsmisi vurğulayıb ki, sürcülərdən alternativ yol kimi Qaraməryəm-İsmayıllı-Muğanlı və Ağsu-Kürdəmir yollarından istifadə etmələri xahiş olunur.

"Bakı-Şamaxı Yevlax magistral yolunun Ağsu rayonu ərazisindən keçən 14.4 kilometrlik Ağsu aşırımında təmir işləri görüldüyü üçün yol bağlanıb. Bakı və digər istiamətlərdə hərəkət edəın sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunub". Bunu "Report"un Aran bürosunun müxbirinə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
A.Nəcəfli qeyd edib ki, təmir işləri gedən zaman sürücülər səbrli olamalıdırlar: "Sürücülər nə qədər səbrli olsalar magistral yolda təmir işləri də bir o qədər tez başa çatar. Bəzən yolda təmir işləri gedən zaman sürcülər müxtəlif bəhanələrlə həmin yoldan keçməyə çalışırlar ki, bu da təmir-bərpa işlərini ləngidir".
Azəravtoyol ASC-nin rəsmisi vurğulayıb ki, sürcülərdən alternativ yol kimi Qaraməryəm-İsmayıllı-Muğanlı və Ağsu-Kürdəmir yollarından istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, magistral yolda təmir işlərinin iyunun 10-a qədər başa çatması planlaşdırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.