haberL haberR

Rəsul Çunayev erməni idmançıya məğlubiyyətindən danışıb

Kateqoriya: İdman Yayımlama tarixi: 17.08.2016 11:39:05

"Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım".

İslamazeri.az xəbər verir ki, Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev nazirliyin mətbuat xidmətinə açıqlamasında belə deyib.

O, yarımfinalda Ermənistan təmsilçisi Miqran Arutyunyana məğlubiyyətə təəssüfləndiyini bildirib: "Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki ermənistanlı idmançıya uduzmuşam. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq, Vətən üçün bürünc medalı əldən vermədim".

Çunayev öz çəkisi 71 kq-da çıxış etməməsinin də qızıl medal qazana bilməməsində rol oynadığını vurğulayıb: "Mən çoxdandır 66 kq çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi - olimpiya çempionu, dünya çempionu. Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Bir dənə yarımfinal görüşündə nəsə səhvə yol verdim".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.