haberL haberR

Rinqdə məğlub olan boksçu hakimə hücum etdi–Video

Kateqoriya: İdman Yayımlama tarixi: 22.10.2014 12:02:39

Boksçu hakimi döydü.

İslamazeri.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xorvatiyada keçirilən gənclərin boks üzrə Avropa Çempionatında xorvat boksçu Vido Lonkar məğlubiyyəti həzm edə bilməyib.

Rəqibinə məğlub olan Vonkar əsəbini polşalı hakim Maqej Yurqotdan çıxıb. O hakimin çənəsinə bir yumruq endirərək yerə yıxıb. Daha sonra üstünə çıxaraq yumruqlamağa davam edib.

Kənardakıların tez rinqə daxil olaraq hakimi boksçunun əlindən alıblar.
Məsələ Beynəlxalq Boks Federasiyasının və Xorvatiya Boks Federasiyasının gündəminə qaldırılıb. Vonkara uzunmüddətli cəzanın veriləcəyi gözlənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.