haberL haberR

Roma Papası hiddətləndi: “Bu əsr günahlar əsridir!”

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.08.2016 16:32:01

“Bu gün məktəblərdə onlar uşaqlara təhsil verirlər ki, – uşaqlara!, – hər kəs öz cinisini (özü) seçə bilər”

İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə əsasən, Roma Papası Fransisk Polşada yepiskoplar ilə müşavirə zamanı öz standtartlarını gender siyasətini “fərqli” adlandıran bir sıra “nüfuzlu dövlətin” hərəkətlərini tənqid edib. Papanın xüsusi qəzəbinə uşaqlar arasında aparılan və özünü istənilən cinsə aid edə bilmə mümkünlüyünün propaqandası səbəb olub.

“Bu gün məktəblərdə onlar uşaqlara təhsil verirlər ki, – uşaqlara!, – hər kəs öz cinisini (özü) seçə bilər”, – katolik kilsəsinin başçısı yerli kilsə liderləri ilə görüş zamanı qəzəblə bildirib.

Normaların zorla qəbul etdirmə siyasətini Fransisk “ideoloji kolonizasiya” ilə müqayisə edib. Roma Papasının fikrincə, bu “siyasət” adını çəkmədiyi bəzi “nüfuzlu ölkələr” tərəfindən dəstəklənir. O, bu cür məqsədləri yayan kitabları pisləyib və qeyd edib ki, onların nəşr edilməsini fərdi şəxslər və təşkilatlar maaliyyələşdirirlər.

Fransisk bu cür siyasəti qorxunc adlandırıb. Onun sözlərinə görə, o daha əvvəl bu problemi öz Müqəddəs “taxtından” əl çəkmiş sələfi XVI Benedikt ilə müzakirə edib və belə nəticəyə gəliblər ki, bu cür normaların zorla qəbul etdirilməsi günahdır.

“Biz papa Benediktlə danışan zaman o mənə dedi ki: “Zati-müqəddəsləri, bu bizim Yaradanımıza qarşı günahlar əsridir”. O bu barədə məntiqlə qərar çıxarıb. Allah kişi və qadın yaradıb. Allah dünyanı bu cür yaradıb. Biz isə Ona zidd gedirik. Biz Benediktin bu sözləri – “Bu Yaradana qarşı günahlar əsridir” üzərində düşünməliyik”, – deyə Roma Papası bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.