haberL haberR

Roma yaxınlığında partlayış: ölən və yaralananlar var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.07.2016 17:01:00

Partlayış 4 ailənin yaşadığı kottecdə baş verib.
İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ötən gecə Roma yaxınlığında yerləşən Frattokiye kəndindəki yaşayış kottecində baş vermiş partlayışda 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Partlayışın səbəbləri hələ müəyyən olunmayıb. Hadisə yerində 4 yanğın söndürən dəstəsi var. Onlar bütün gecəni hadisə yerində işləyiblər. Partlayış 4 ailənin yaşadığı kottecdə baş verib. Məlum olub ki, 1 ev sakini həyatını itirib, iki qadın və iki kişi yaralanıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.