haberL haberR

Ronaldo: “Qızıl top” Messiyə verilməlidi”

Kateqoriya: İdman Yayımlama tarixi: 29.12.2015 12:16:07

Əfsanəvi futbolçu, Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb

Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edən “fenomen” “Qızıl top” mükafatına layiq hesab etdiyi oyunçunun adını açıqlayıb.

O bildirib ki, adaşı güclü futbolçu olsa da, Messidən geri qalır: “Lionel Kriştianudan parlaq oyun nümayiş etdirir. Messinin çıxışı tamdı və əminəm ki, “Qızıl top” mükafatı bu il ona qismət olacaq. Mənim seçimim Leodu. “Qızıl top” Messiyə verilməlidi. Onun oyununu daha çox bəyənirəm. Messi meydanda maksimum dərəcədə effektli çıxış göstərir”.

Qeyd edək ki, “fenomen” karyerası ərzində 3 dəfə dünyanın ən yaxşı oyunçusu seçilib. (Apasport.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.