haberL haberR

Rövşən Abdullaoğlunun ilk romanı çapdan çıxdı (Foto)

Kateqoriya: Kitab həyatdır Yayımlama tarixi: 26.05.2015 14:24:34

Yazıçı Rövşən Abdullaoğlunun ilk romanı  işıq üzü görüb.

Bu barədə islamazeri.az-a açıqlama verən Rövşən Abdullaoğlu bildirib ki, “Bu şəhərdə kimsə yoxdur” adlı yeni romanı çapdan çıxıb. O qeyd edib ki, yeni çapdan çıxmış kitabla onun ilk romanı işıq üzü görüb. Onun sözlərinə görə, psixoloji problemləri özündə əks etdirən romana bu günkü şəraitin tələblərinə əsasən böyük ehtiyyac var: “Hər hansı bir mövzu beynimə gələndə birbaşa olaraq o mövzunun üzərində işləmək istəmirəm. Gözləyirəm ki, mövzuyla bağlı əlimə müəyyən informasiyalar gəlsin. “Bu şəhərdə kimsə yoxdur” adlı romanımın üzərində də təxminən bir il işlədim. Çünki, bəzən yazıçının ağlına elə bir ideya gəlir ki, bu ideya mövcud mövzunu əhatəsini daha da genişləndirə bilir”.

Müəllif qeyd edib ki, ilk romanında hadisələr Amerika və Livan ərazisində cərəyan edir. Daim müharibə şəraitində yaşamış bir livanlı ilə bir amerikalının qarşılıqlı düçüncələri öz əksini tapır. Adi ictimai-siyasi romanlardan fərqli olaraq, müəllif burada qəhrəmanların daxili aləmindən söz açır. Müəllifin sözlərinə görə, psixoloji roman daha çox qəhrəmanların daxili həyatını, iç dünyasını canlandırır. Romanda qəhrəmanların iztirabları, psixologiyası, sıxıntıları öz əksini tapıb.

Müəllif bildirib ki, romanın adının “Bu şəhərdə kimsə yoxdur” adlanması əsərin qəhrəmanının mənəvi halını təcəssüm etdirir. Əsərin qəhrəmanı elə bir psixoloji durumda yaşayır ki, elə bilir yaşadığı məkanda o təkdir və ondan başqa daha heç kimsə yoxdur. Baxmayaraq ki, ailəsi də, övladları da, yaxınları da var. Bütün ətrafı yaxınları ilə dolu olan bir insan elə bilir ki, təkdir. 

Müəllif onu da qeyd edib ki, əsərdə iki qəhrəman yer alıb. Elə bu səbəbdən özünü yalqız hesab edən qəhrəman digər qəhrəmanla təsadüfən tanış olduqdan sonra onun bütün həyatı dəyişir. Şərqlə Qərbin müqayisəsindən bəhs edən roman istənilən halda iki fərqli baxış nümayiş etdirir.

R.Abdullaoğlu əlavə edib ki, yeni çapdan çıxmış kitabı artıq satışdadır.

 

Xatırladaq ki, 37 yaşlı R.Abdullaoğlu 20-ə yaxın kitabın müəllifidir. Onun bir neçə silsilə kitabları da işıq üzü görüb. Kitablarında psixologiya, motivasiya, irfan, fəlsəfə və teologiya mövzularına toxunur.

Rövşən Abdullaoğlunun ilk romanı çapdan çıxdı (Foto)

/haberimaj/habergaleri/4R1C3M4O2Z0D.JPG
  1. Rövşən Abdullaoğlunun ilk romanı çapdan çıxdı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.