haberL haberR

Ruhani süfrədə şərab görmək istəmədi, Fransa ziyafəti ləğv etdi

Kateqoriya: Region Yayımlama tarixi: 10.11.2015 11:59:05

İranla Fransa arasında protokol böhranı

İslamazeri.az “Sputniknews”-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin noyabr ayının ortalarında Fransaya planlaşdırılan səfər öncəsi iki ölkə arasında protokol böhranı yaşandığı bildirilir.

 

Həsən Ruhani Fransaya səfəri zamanı şərəfinə təşkil olunacaq ziyafətdə şərab olmamasını və menyunun tamamilə halal yeməklərdən ibarət olmasını tələb edib.

Fransa tərəfi isə bu tələbin “Respublika prinsiplərinə zidd” olduğunu səbəb gətirərək prezidentin şərəfinə təşkil olunacaq ziyafəti ləğv edib. Fransanın nahar əvəzinə səhər yeməyi təklifini isə bu dəfə İran tərəfinin rədd etdiyi deyilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.