haberL haberR

Ruhani: “Təhsilin möhkəmləndirilməsi sarsılmaz inkişafın zəmanətidir”

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 04.05.2016 15:55:55

İran prezidenti ölkəsində təhsillə ayrılan büdcənin iki qat yüksəldilməsindən və bu kimi məsələlərdən danışıb

İslamazeri.az İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani maariflənmə və təhsili “sarsılmaz və tarazlaşdırılmış inkişafın ilkin sərmayə və rəhni” adlandırıb.

Həsən Ruhani çərşənbə günü Müəllimlər günü mərasimində bildirib: “İranın inkişafı üçün bütün gücləri hərəkətə gətirmək lazımdır. Amma

belə inkişan, sözsüz ki, maariflənmə və təhsil ilə başlamalıdır.”

 “11-ci hökümət heç bir çətinliklərə baxmayaraq, təhsil büdcəsinə ayrılan məbləği iki dəfə artırıb, çünki ölkədə inkişafa yalnız İranı sevən müəllimlərin vasitəsi ilə çatmaq olar.”, - deyə o, əlavə edib.

Ruhani, bununla yanaşı, görkəmli mütəfəkkir və müəllim olan şəhid Mürtəza Mütəhhərinin xatirəsini yad edərək, onun mərd, azadfikirli və öz dövrünün məsələlərindən xəbərdar bir müəllim olduğunu qeyd edib. Onun işləri və əsərlərində olan kapitalı ölkə üçün əvəzedilməz adlandırıb. 

Məktəblərdə müxtəlif xarici dillərdə verilən təhsilin əhəmiyyətini qeyd edən Ruhani, bildirib ki, xarici dillərin tədrisi yeni mərhələyə çıxmalıdır, çünki, bu ölkədəki elmi biliklərin dərinləşməsinə gətirib çıxaracaq. Ruhani çıxışının sonuna yaxın, ümid və şadlığın əhəmiyyətini qeyd edərək  “Ölkənin gələcəyi üçün ümid kimi digər əhəmiyyətli bir şey yoxdur və əgər gənclər məyus olaraq, gələcəyə dair ümid və inamını itirsə, heç bir proqres və inkişafdan söz gedə bilməz.”, - deyə danışıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.